Xəbər - Elçin Mehdiyev – Trend:
Ötən ay Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti
bahalaşıb.
AzerTimes-ın məlumatına görə, qeyd oluna müddət ərzində Bakıda fərdi
yaşayış və bağ evlərinin qiymətində 1,10 faiz artım qeydə alınıb.
İl ərzində isə artım 12,12 faiz təşkil edib.
Bahalı evlərin bir kv.m-nin qiyməti 1701 manat, orta qiymətə
evlərin 978 manat, ucuz evlərin qiyməti isə 545 manat təşkil
edib.
Bahalı evlərin qiyməti yanvar ayında 2,04 faiz, orta qiymətə
evlərin 1,03 faiz, ucuz evlərin qiyməti isə 2,64 faiz bahalaşıb. İl
ərzində isə artım bahalı evlərdə 3,03 faiz, orta qiymətə olan
evlərdə isə 0,41 faiz təşkil edib. Ucuz evlərin qiymətində isə 5,38
faiz ucuzlaşma müşahidə edilib.