Ukrayna prezidenti rusiyalı həmkarına görüş təklifi edib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının
prezidenti Vladimir Putinin nə istədiyini bilmədiyini deyib, və
buna görə də ona görüş təklifi edib.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, V. Zelenski bunu
Münhen Təhlükəsizlik Konfransı zamanı xarici və Ukrayna
kəşfiyyatının məlumatlarını şərh edərkən bildirib.

Moderatorun Vladimir Putinin nə istədiyini başa düşüb-düşməməsi
ilə bağlı sualını cavablandıran Ukrayna prezidenti bunları qeyd
edib:

“Rusiya Federasiyasının prezidentinin nə istədiyini bilmirəm,
ona görə də görüşməyi təklif edirəm”.

Bundan əvvəl Ukrayna mediasına müsahibəsində Zelenski Putinlə
ehtimal olunan görüşdən gözləntiləri barədə danışmışdır.

Onun fikrincə, Ukrayna və Rusiya prezidentlərinin görüşü ölkələr
arasında münasibətləri mütləq bərpa edəcək.

Teqlər: