Yanvar-aprel aylarında Türkiyə limanlarına Çindən 2 milyon tondan çox yük daşınıb

Bu ilin yanvar-aprel aylarında Türkiyə limanlarına Çindən 2 milyon 607 min 182 ton yük daşınıb.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Çindən daxili limanlara 123 min 726 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 717 min 650 ton yük çatdırıb.

Bu müddət ərzində Çin bayrağı altında gəmilər Türkiyə limanlarına 765 min 806 ton yük çatdırıb. 2022-ci ilin yanvar-aprel aylarında Türkiyə limanları Çindən 170 min 355 ton tranzit yük daşınıb.

Qeyd edək ki , bu ilin aprel ayında Türkiyə limanları 32 milyin 60 min 961 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 91 min 276 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 29 milyon 969 min 685 tonu
isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Aprel ayında Türkiyə limanlarından 7 milyon 197 min 777 ton
tranzit yük aşırılıb.

Bu ilin yanvar-aprel aylarında Türkiyə limanları 130 milyon 875 min 205 ton yük qəbul edib. Bu yüklərin 6 milyon 59 min 121 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 121 milyon 816 min 84 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Yanvar-aprel ayında Türkiyə limanlarından 28 milyon ton tranzit yük aşırılıb.
Məlumat üçün bildirək ki, keçən il Türkiyə limanları 386 milyon 396 min 718 ton yük qəbul edib.

Teqlər: