Sədərək Ticarət Mərkəzi sökülür? – RƏSMİ AÇIQLAMA

Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı sosial
şəbəkələrdə yayılan videogörüntülər həqiqəti əks etdirmir.

Bunu AzerTimes-a açıqlamasında Sədərk Ticarət Mərkəzinin İdarə
Heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır.

“Ticarət Mərkəzinin sökülməsindən söhbət gedə bilməz. Yayılan
videoda ticarət mərkəzinin cərgələrində aparılan təmir işləri əks
olunub. Ticarət mərkəzindəki cərgələrdə olan dükanların qarşısı
təmizlənir, mağazaların giriş hissəsinə şüşə vitrinlər
quraşdırılır. Bu o məqsədi daşıyır ki, mağazaların içərisindəki
mallar kənardan görünsün və müştəriləri daha tez cəlb etsin.
Həmçinin havaların isti keçməsi ilə bağlı yanğın təhlükəsizliyi
məqsədilə ərazi təmizlənir”, – deyə Mikayıl Qədimov bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzindən
paylaşılan videoda adıçəkilən mərkəzin sökülərək köçürülməsi ilə
bağlı fikirlər səsləndirilib.

Teqlər: