Yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olublar – DİN (FOTO)

Bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib. Yanğınla
bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olublar.

Bu barədə AzerTimes-a DİN-nin Mətbuat xidmətindən bildirilib.

“Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi
təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan
çıxararaq təhlükəsiz yerə daşınıb, işçilərin təxliyəsini təmin
edilib. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə
edilir”, – deyə məlumatda qeyd edilir.

Teqlər: