Ceyhun Bayramovun NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib

28 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun
Bayramov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi
nümayəndəsi Xavyer Kolominanı qəbul edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
görüşdə tərəflər Azərbaycan və NATO arasında qarşılıqlı faydalı
əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın NATO ilə qarşılıqlı maraqlar
və bərabərhüquqluluq əsasında tərəfdaşlığın davam etdirildiyini
qeyd edib, xüsusilə də ölkəmizin Alyansın sülh əməliyyatlarında
iştirakı təcrübəsinə istinad edib.

Nazir, bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Azərbaycan
və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində
atılan addımlar, sülh müqaviləsinin hazırlanması, sərhədin
delimitasiyası, bütün kommunikasıyaların açılışı və etimad
quruculuğu tədbirləri barədə qarşı tərəfə məlumat verib.

Xüsusi nümayəndəsi Xavyer Kolomina NATO-nun Azərbaycan və
Ermənistan arasında münasibətlərin normallaşması prosesini
dəstəklədiyini qeyd edib.

Görüşdə tərəflər, enerji təhlükəsizliyi, Azərbaycanın Fərdi
Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, habelə qarşılıqlı maraq doğuran
regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi
aparıblar.

Teqlər: