Yandeksə sankiya tətbiq edildi

Yandeksə sankiya tətbiq edildi

Ukrayna üç il müddətinə “Yandex” internet-axtarış şirkətinə sanksiya tətbiq edib.

Bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko sərəncam imzalayıb.

Qeyd edək ki, bu ilin aprelində Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyindən “Yandex”in bağlanması ilə bağlı imzatoplama kampaniyası başlanılmışdı. Şirkətin ölkə ərazisində fəaliyyətinin dayandırılması üçün 25 min imza kifayət idi.

Xatırladaq ki, Pyotr Poroşenkonun sərəncamına əsasən, Rusiyaya qarşı genişləndirilimiş sanksiya siyahısına bəzi fiziki və hüquqi şəxslər də daxil edilib.