2 xain general Frankfurta qaçdı

2 xain general Frankfurta qaçdı

May ayının 15-də Türkiyə ordusunun 2 xain generalı Almaniyadan sığınacaq istəyib.

Generallar Almaniya dövlətinə Frankfurt hava limanında olarkən sığınacaqla bağlı müraciət ediblər. Generalların Fətullahçı Terror Təşkilatı ilə əlaqəli olduqları bildirilir. Müraciətin ilkin araşdırılmasından sonra onların Giessen bölgəsində müvəqqəti sığınacağa göndəriləcəyi gözlənilir.

Həmin generalların adları açıqlanmır.

Qeyd edək ki, Türkiyə 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ ilə əlaqəli xeyli sayda hərbçiyə Almaniyada sığınacaq verilməsinə sərt reaksiya göstərib. Bu günlərdə Türkiyə Almaniya parlamentinin üzvlərinin İncirlik hərbi hava bazasındakı 260 alman əsgərinə baş çəkməsinə icazə verməyib. Almaniya baş naziri Angela Merkel bununla əlaqədar alman əsgərlərin İordaniya və digər ölkələrdəki hərbi bazaralara yerləşdirilə biləcəyini bəyan edib.

Baş nazir Binəli Yıldırım da məsələ ilə bağlı açıqlama verib: “Almaniyanın çevrilişə cəhddə ittiham olunan əsgərlərə sığınacaq verməsi münasibətlərimizin təkrar gərginləşməsi deməkdir. Almaniya artıq qərar verməlidir. Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq istəyirsə, üzünü FETÖ-çülərə deyil, Türkiyə Cümhuriyyətinə çevirməlidir”.