Yakutiya yanır: 32 min hektar meşə…

Yakutiya yanır: 32 min hektar meşə…

Yakutiya ərazisində ümumi sahəsi 32,391 min hektar olan 54 meşə yanğını qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə respublikanın operativ qərargahı məlumat yayıb.

“Hazırda yanğınların söndürülməsinə 456 nəfər və 21 texnika cəlb olunub. An-26 “Siklon” və Yak-42D “Roshidromet” zond aparatlarının da bu gün işə başlaması planlaşdırılır. Aldan, Verxnevilyuyski, Neryunqri, Nyurbin və Olenek vilayətlərində gün ərzində 6 meşə yanğını söndürülüb”, – məlumatda deyilib.

Regionda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib.

Teqlər: