“Sputnik”in Fransadakı bürosu müflis oldu

“Sputnik”in Fransadakı bürosu müflis oldu

Rusiyanın “Sputnik” xəbər agentliyinin Fransadakı bürosu iflas olub. Hazırda agentlik ləğvedilmə prosesindədir.

AzerTimes xəbər verir ki, bu barədə “Le Fiqaro” məlumat yayıb.

“Sputnik”in Fransadakı rəhbəri Vladimir Morozovun sözlərinə görə, ləğvetmə mayın 4-də məhkəmə tərəfindən verilib və 2024-cü ilə qədər davam edə bilər.

Xatırladaq ki, martın əvvəlində AB-nin qərarı ilə RT kanalının və “Sputnik”in fəaliyyəti qadağan edilmişdi.

Teqlər: