Yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi
haqqında xəbərdarlıq yayıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında aprelin 6-sı axşamdan 7-si səhərədək
şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi,
07-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində
intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında aprelin 6-sı axşam, 7-də ölkə
ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi,
dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Aprelin 5-i günün ikinci yarısından 7-si gündüzədək qərb
küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi
gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın,
Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın
və sel keçəcəyi ehtimal olunur.

Teqlər: