Komitə sədri Qlobal Diaspor Sammitinin sessiyasında iştirak edib

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov bu il aprelin 1-dən işinə başlayan Qlobal
Diaspor Sammiti-2022-nin sessiya iclasında iştirak edib.

Komitədən AzerTimes-a bildirilib ki, sessiyada Azərbaycanla yanaşı,
Türkiyə, Ukrayna, İraq, Gürcüstan və bir sıra başqa dövlətlər də
təmsil olunub.

İştirakçıları salamlayan və sammit təşkilatçılarına təşəkkürünü
bildirən Komitə sədri rəhbərlik etdiyi qurumla bir çox beynəlxalq
təşkilatlar, eləcə də ayrı-ayrı ölkələrin müfaviq qurumları
arasında memorandumlar imzalandığını, ortaq diaspor layihələrinin
reallaşdırıldığını, əməkdaşlıq çərçivəsində nailiyyətlər əldə
olunduğunu diqqətə çatdırıb.

Sessiya iştirakçılarına əlavə olaraq Azərbaycanın uğurlu diaspor
siyasəti, həyata keçirilən layihələr, o cümlədən Diaspor
Gənclərinin Yay düşərgələri, “Liderliyin İnkişafı”, “Diaspor
Gəncləri 1+1”, “Beyinqazanma” proqramları və digər layihələr
haqqında ətraflı məlumat verilib, diasporun təşkilatlanması və
beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə
danışılıb.

Xatırladaq ki, Qlobal Diaspor Sammiti-2022 İrlandiya Hökuməti və
Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunub. I Sammit
2003-cü ildə keçirilib və bu il Azərbaycan sammitdə ilk dəfə təmsil
olunub.

Teqlər: