Yağan yağışlar Ceyranbatan su anbarında suyu çirkləndirməyib – “Azərsu”

Son günlər yağan yağışlar Ceyranbatan su anbarında suyun
çirklənməsinə səbəb ola bilməz.

Bunu Trend
açıqlamasında “Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət, suyun
təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev
bildirib.

O qeyd edib ki, Ceyranbatan su anbarı Taxtakörpü su anbarından
gələn su ilə qidalanır.

“Yağış suları Ceyranbatan su anbarını çirkləndirə bilməz. Belə
bir hal müşahidə olunmur. Yalnız güclü küləklər nəticəsində xam
suyun bulanıqlıq və bakteroloji göstəriciləri dəyişə bilər. Ancaq
su emal olunduqdan sonra heç bir təhlükə kəsb eləmir”, – deyə o
bildirib.

Teqlər: