Kəlbəcərdə mövqelərimiz intensiv atəşə tutulub

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər
rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri
intensiv atəşə tutulub.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri
dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış
məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı
silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə
tutub.

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Teqlər: