Xorvatiyanın Baş naziri və Səhiyyə Nazirliyinin başçısı “AstraZeneca” vaksini ilə peyvənd olunublar

Xorvatiya Baş naziri Andrey Plenkoviç, Sabor (ölkənin bir palatalı parlamenti) sədri Qordan Jandrokoviç və səhiyyə naziri Vili Beroş “AstraZeneca”nin dərmanı ilə yeni koronavirusa qarşı peyvənd olunublar.

AzerTimes-ın məlumatına görə, bu barədə HINA informasiya agentliyi bildirib.

Səhiyyə naziri bildirib: “Bu gün xüsusilə “AstraZeneca” vaksini ilə peyvənd olunduğumuz üçün tibb elminə, peşəmizə güclü bir inam mesajı göndərdik”.

Qeyd edək ki, Xorvatiyada 27 dekabr 2020-ci il tarixdə əhalinin koronavirus əleyhinə peyvəndlənməsi başlayıb.