Şimali Koreya raket buraxılışı həyata keçirib

KXDR raket buraxılışı həyata keçirib, bu sınaqlar Yaponiya üçün təhlükə yaratmır.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkə höküməti xəbər verib.

Məlumata əsasən, çox güman ki, ballistik raketdən söhbət gedir. Hazırda daha dəqiq məlumatlar verilməyib.


Raketin trayektoriyasının Yaponiyanın üzərindən keçmədiyi qeyd olunub.