Xocavənddə kütləvi məzarlıq aşkarlanıb (FOTO)

Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb.

Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında
müəyyən edilib.

İşçi qrupunun üzvü Zaur İsmayılov Trend-ə açıqlamasında bildirib ki, araşdırmalar
zaman məlum olub ki, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd
və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcuddur.

“Onlardan biri də Xocavəndin Edilli kəndindədir. Şahidlərin
ifadələrinə əsasında məzarlığın aşkarlanması mümkün olmuşdur. İlkin
məlumatlara görə, orda 15-20 nəfərin qalıqlarının olma ehtimalı
var.

Dövlət Komissiyasında bəzi kütləvi məzarlıqların məlumatları
var. GPRS koordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların
sayı müəyyənləşib. Ardıcıl olaraq, ərazilər minalardan
təmizləndikcə, məzarlıqlar da açılacaqdır”, – deyə o əlavə
edib.

Zaur İsmayılov bildirib ki, Füzuli rayonunun Seyidəhmədli
kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10
nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə
də məlumatlar da var. Həmin ərazi minalı olduğu üçün hələlik
araşdırma aparmaq mümkün olmayıb.

Teqlər: