Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt
yaradılıb.

Bu barədə Trend
Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar
diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir: “Ukraynada telefon və internet əlaqəsi kəsilmədiyi üçün
soydaşlarımız arasında kommunikasiya mövcuddur. Ukraynada çoxlu
sayda azərbaycanlıların yaşadığını nəzərə alaraq, Ukrayna
Azərbaycanlıları Radasında operativ qərargah yaradılıb. Ukraynada,
xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız
hər hansı problem yaranacağı təqdirdə, +380442773489 telefon
nömrəsi və [email protected] email ünvanı ilə əlaqə saxlaya
bilərlər. Mövcud vəziyyətlə əlaqədar soydaşlarımıza hər cür mənəvi
və informasiya dəstəyini təmin etmək məqsədilə Ukrayna
Azərbaycanlıları Radasının operativ qərargahı 24 saat fəaliyyət
göstərir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
də Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına
müraciət edib.

Teqlər: