Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Şimali Kiprdə beynəlxalq konfrans keçiriləcək

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Şimali Kipr Türk
Cümhuriyyətində beynəlxalq konfrans keçiriləcək.

Bu barədə AzerTimes-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən məlumat
verilib.

Bildirilib ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Diaspora
Dəstək Fondu və Türk Ağsaqqalları Birliyi – TAİB-in təşkilatçılığı
ilə fevralın 26-da keçiriləcək konfransda ŞKTC-nin prezidenti Ersin
Tatar, dövlət rəsmiləri, millət vəkilləri, azərbaycanlı, türk
tələbələr, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak
edəcəklər.


Konfransa Azərbaycan nümayəndə heyəti də qatılacaq. AKDC-dən
verilən məlumatda bildirilib ki,Türk Ağsaqqalları Birliyi-TAİB-in
Təşkilat Komitəsinin sədri, akademik Sudeyif İmamverdiyev, Yeni
Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri – millət vəkilləri
Anar İskəndərov, Ramil Həsən, Elşad Mirbəşiroğlu, Dünya
Azərbaycanlıları Əlaqələndirmə Şurası İdarə Heyəti üzvü Başar
Kömür, TAİB-in İcra Aparatının təmsilçiləri Nicat Dağlar, Elnur
Eltürk və Diaspor Komitəsi rəsmilərinin yer aldığı heyətin Şimali
Kipr Türk Cümhuriyyətin prezidenti Ersin Tatar, ŞKTR baş naziri
Faiz Sucuöğlu, hökumət üzvləri, ali təhsil ocaqlarının rektorları
və millət vəkilləri ilə görüşləri də nəzərtə tutulub. Hər iki ölkə
arasında ictimai münasibətlərin qarşılıqlı inkişafı və xalqlarımız
arasında iş birliyinin daha da güclənməsi üçün müzakirələr
aparılacaq.

Azərbaycan nümayəndə heyəti Savaş Muzeyi, Karaoğlanoğlu
şəhidliyi və Açıq Hava Hərb Muzeyini də ziyarət edəcəklər.

Teqlər: