Əlahiddə Ümumqoşun Orduda snayperlərin peşəkarlıqlarının artırılması məqsədi ilə mütəxəssis toplantısı keçirilir (FOTO/VİDEO)

Toplantının planına əsasən atəş mövqeyi seçərək maskalanmış
snayperlər müxtəlif üsul və vasitələrdən istifadə edərək sərrast
atəşlə hədəfin məhv edilməsi və digər fəaliyyətləri məşq
edirlər.

Döyüş meydanında hədəfləri zərgər dəqiqliyi ilə məhv etmək üçün
snayperlərə çətin şəraitlərdə təmkinli və yüksək fiziki hazırlığa
malik olmaq kimi xüsusiyyətlər aşılanır.


Toplantıda snayperlərin müxtəlif şəraitlərdə saatlarla müşahidə
aparma, həyatda qalma və dəqiq atəşaçma bacarıqları
təkmilləşdirilir.

Teqlər: