Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək

Xəbər - Humay Ağacanova – Trend:

25-26 fevral tarixlərində təhsil müəssisələrində Xocalı
soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.

Təhsil Nazirliyindən
Trend
-ə verilən məlumata görə, bu barədə Təhsil Nazirliyinin “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planı”nda
qeyd edilib.

Tədbirlər Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində
karantin rejiminin tələbləri nəzərə alınmaqla Xocalı soyqırımına
həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl
işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii
filmlərin nümayişi nəzərdə tutulur.

Həmçinin Bakı Dövlət Universiteti, ADA Universiteti və
Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımının
ildönümünə həsr olunan beynəlxalq tədbirlərin təşkili
planlaşdırılıb.

Teqlər: