Gimnastımız beynəlxalq turnirdə qızıl medal qazanıb (FOTO)

Macarıstanda bədii gimnastika üzrə keçirilən ənənəvi “Gracia
Fair Cup” beynəlxalq turnirində gimnastımız qızıl medal
qazanıb.

AzerTimes-ın məlumatına görə,
belə ki, gənclər arasında fərdi növdə çıxış edən Gövhər İbrahimova
çoxnövçülük proqramında uğurla çıxış edərək fəxri kürsünün birinci
pilləsində yer alıb.

Bundan əvvəl böyüklər arasında fərdi növdə mübarizə aparan yığma
komandamızın üzvü İlona Zeynalova komandamıza qızıl medal
qazandırmışdı.

Teqlər: