Xızıda tank mərmisi tapılıb (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı
rayonu, Ağdərə kəndi yaxınlığında sursat aşkar edilməsi barədə
məlumat daxil olub.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in
Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə
çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə
müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə
baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd
100 mm-lik BK-3 tank mərmisi olduğu müəyyən edilib.

Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən
götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada
zərərsizləşdirilib.

Teqlər: