Ağcabədidə qohumunu qaçıran şəxs həbs edildi

Bərdə. Trend:

Ağcabədidə qohumunu qaçıran şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-ın
sorğusuna cavab olaraq bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin
əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mart ayının
7-də Ağcabədi rayonu ərazisində qohumu T.İbrahimovanı qaçırmaqda
şübhəli bilinən Qeis Cabbarov saxlanılıb.

Laçın RPŞ-də Q.Cabbarov barəsində Cinayət Məcəlləsinin
144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

Teqlər: