Xırdalanda qadın küçədə keçmiş əri tərəfindən bıçaqlanaraq öldürüldü

Mayın 30-u saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri
ərazisində 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın öldürülməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1987-ci il
təvəllüdlü Ramil Məmmədovun küçədə, şəxsi münasibətlər zəminində
aralarında yaranmış mübahisə zamanı bıçaqla Rəqsanə Məmmədovaya
xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Ramil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: