Xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiqi müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iqtisadiyyatın
müxtəlif sahələrində fəaliyyət göstərən biznes assosiasiyaların
qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi
istiqamətində görüşlərini davam etdirir.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, növbəti belə görüş Azərbaycan Pərakəndə Geyim
İdxalçıları Assosiasiyası (AFRA) ilə keçirilib.

Görüşdə AFRA-nın İdarə Heyətinin sədri, “Novco” MMC-nin
təsisçisi Fərid Novruzi və assosiasiyanın üzvləri iştirak
ediblər.

Görüşdə şəxsi istifadə üçün xarici onlayn mağazalardan malların
alışına vergi və rüsumların tətbiq edilməsi ilə bağlı
qanunvericiliyə mümkün dəyişikliklər barədə təkliflərin
hazırlanması üçün müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq
subyektlərinin maraqları ilə yanaşı, istehlakçıların da
maraqlarının nəzərə alınmasına, eləcə də KOBİA və assosiasiya
arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi
aparılıb.

Teqlər: