Xəzərda Vətən Müharibəsi Qəhrəmanı şəhid Ramiz Qasımovun doğum günü qeyd edilib

17 fevral 2022-ci il tarixində Vətən Müharibəsi Qəhrəmanı Qala
qəsəbəsindəki polkovnik-leytenant Ramiz Qasımovun adını daşıyan 216
saylı tam orta məktəbdə şəhid Polkovnik-leytenantın ailə üzvlərinin
iştirakı ilə onun doğum günü qeyd edilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov,
YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Hərbi Hava
Qüvvələrinin komandanının müavini polkovnik Elşad Pənahov, Bakı
şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqub Abbasov, bir çox
şəhid valideynləri, N saylı hərbi hissənin zabit heyəti, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsininin və rayon
ictimaiyyəti nümayəndələri iştirak edib.
Tədbir şəhid polkovnik-leytenantın qızı Gülanə Qasımovanın rəsm
əsərlərindən ibarət sərgiyə baxışla başlanmışdır. Sonra tədbir
məktəbin akt zalında davam etmişdir. Dövlət himnindən sonra
şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Məktəb kollektivinin üzvləri tərəfindən hazırlanmış şəhid Vətən
Müharibəsi Qəhrəmanı Ramiz Qasımova həsr edilmiş film nümayiş
etdirilmiş, Ali Baş Komandanımızın Şuşa şəhərinin alınması
münasibətilə Şəhidlər Xiyabanındakı çıxışı səsləndirilib. Bədii
hissədən sonra Xəzər RİH başçısı Elşən Salahov, YAP Xəzər rayon
Təşkilatının sədri Namik Əhmədov, Hərbi Hava Qüvvələrinin
komandanının müavini polkovnik Elşad Pənahov, Bakı şəhər Gənclər və
İdman İdarəsinin rəisi Raqub Abbasov şəhidlərimizin xatirəsini yad
edərək, 44 günlük Vətən Müharibəsində xalqımızın və Ordumuzun Ali
Baş Komandanımızın rəhbərliyi altında göstərdiyi qəhrəmanlıq və
sücaətdən, azad olunmuş torpaqlarımızda hazırda aparılan quruculuq
işlərindən danışmış və şəhidin övladlarına, şəhid ailəsinə səbr
diləmişdir. Şəhidin həyat yoldaşı Günel Qasımova həyat yoldaşına
dövlətimiz tərəfindən göstərilmiş diqqətə və ailəsinə olan
hərtərəfli qayğıya görə dərin minətdarlığını ifadə edib.


Xəzər rayon Gənclər və İdman İdarəsi və Gənclər Evinin
kollektivi tərəfindən Vətən Müharibəsi Qəhrəmanının qızına atasının
yağlı boya ilə işlənmiş böyük ölçüdə portretini hədiyyə etmiş, onu
İdarənin Fəxri diplomu ilə təltif ediblər.

Tədbirin sonunda “Azərbaycan” mahnısının sədaları altında “Səma”
rəqs qrupunun kompozisiyası nümayiş etdirilib.

Teqlər: