Xəzər rayonunda iftar süfrəsi təşkil olunub (FOTO)

İslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə
Xəzər rayonunda iftar süfrəsi təşkil olunub.

26 aprel 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti
tərəfindən təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı
Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev və Soltan Məmmədov, YAP
Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, rayonun
hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Ağsaqqallar Şurasının
sədri Rövşən Salahov, şəhid ailələri, qazilər, rayonda fəaliyyət
göstərən dini icmaların nümayəndələri və aztəminatlı ailələr
iştirak etmişdirlər.

İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən
ayələr oxunulmuş, Ramazan ayının fəzilətlərindən bəhs olunmuş və
şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad edilmişdir.

Teqlər: