Xəzər dənizi 128 mənbədən çirklənir – Nazir müavini

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “yaşıl” texnologiyalara
keçid sahəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə sıx
əməkdaşlıq edir.

Trend-in
məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin
müavini Vüqar Kərimov “Yaşıl Limanlar və liman idarəedilməsində
yeni üsullar” mövzusunda deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin sahilində monitorinqlə bağl
birgə işlər aparılır.

“Bugünkü gün Xəzər dənizinin çirklənməsinin 128 mənbəyi
mövcuddur. Biz bir sıra dövlət və özəl strukturlarla ölkənin su
ehtiyatlarınln təmizlənməsi üzrə işlər aparırıq. Apardığımız
montorinqlər müsbət nəticələrin olduğunu göstərir”, – deyə nazir
müavini bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: