Qubadlıda traktor aşıb, bir nəfər ölüb

Xəbər - Samir Əli – Trend:

Qubadlı rayonunda ölümlə nəticələnən qəza baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə rayonun işğaldan azad edilən
Xanlıq kəndi ərazisində baş verib. Kənd ərazisində Elnur Qurbanovun
idarə etdiyi traktor hərəkətdə olarkən aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsinin qoşqusunda olan Rasim
Rəhmanov traktorun altında qalaraq ölüb.

Faktla bağlı Qubaqlı rayon prokurorluğunda araşdırma
aparılır.

Teqlər: