Xarkov barədə Putinə məruzə olundu – Peskov

Xarkov barədə Putinə məruzə olundu – Peskov

Rusiya Prezidenti Vladimir Putinə Xarkov vilayətinin İzyum və Balakleya şəhərləri ərazisində qoşunların yenidən qruplaşdırılması barədə məlumat verilib.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Təbii ki, baş verən hər bir hadisə, hərbçilərin xüsusi hərbi əməliyyat zamanı gördüyü hər bir hərəkət Ali Baş Komandana məruzə olunur. Prezident həm müdafiə naziri, həm də bütün hərbi rəhbərlərlə daim əlaqə saxlayır”, – Peskov bildirib.

Qeyd edək ki, Ukrayna ordusu sözügedən iqtisamətlərdə ciddi uğurlara imza atıb.

Teqlər: