Qadın evdən 15 min manat oğurladı

Qadın evdən 15 min manat oğurladı

Lənkəranda evdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sütəmurdov kəndindəki evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini S.Rəhimova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: