Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 3 dəfədən çox artıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən
Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 3,2 dəfə artaraq
89,6 min nəfər olub.

AzerTimes-ın
məlumatına görə, Rusiya Federasiyasına gedən Azərbaycan
Respublikası vətəndaşlarının sayı 5,6 dəfə, İrana gedənlərin sayı
3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin
sayı isə 2,5 dəfə artıb.

Ölkə vətəndaşlarının 39,4 faizi Türkiyəyə, 25,8 faizi Rusiya
Federasiyasına, 8,0 faizi Gürcüstana, 9,7 faizi İrana, 17,1 faizi
digər ölkələrə səfər edib. Gedənlərin 67,8 faizini kişilər, 32,2
faizini qadınlar təşkil edib.


2022-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan
Respublikası vətəndaşlarının 31,2 faizi dəmir yolu və avtomobil,
66,3 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə
edib.

Teqlər: