Xankəndidə erməni separatçıların hərbi hazırlığı – Video

Xankəndidə erməni separatçıların hərbi hazırlığı – Video

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində məskunlaşan erməni separatçıların hərbi hazırlığı ilə bağlı video yayılıb.

AzerTimes xəbər verir ki, ermənilərin yaydığı video Xankəndi şəhərinin cənub-qərbində yerləşən qanunsuz silahlıların “hərbi hissəsi”nin ərazisində lentə alınıb.

“Land Of Fire” kanalının məlumatına görə, ərazi Azərbaycan Ordusunun Şuşa şəhərindəki mövqelərinin 5 km şimalında yerləşir.

Hərbi hazırlıq kursunun koordinatları: 39°48’46.18″N 46°44’45.94″E

Teqlər: