Xankəndidə aksiyaçılar tələb etdi, Araik gəlmədi və…

Xankəndidə aksiyaçılar tələb etdi, Araik gəlmədi və…

Xakəndidə bu gün bir qrup erməninin aksiyası sona çatıb.

AzerTimes xəbər verir ki, aksiya iştirakçıları son proseslərlə bağlı suallarına cavab almaq üçün separatçı tör-töküntüsünün başçısı Araik Arutyunyanı tələb ediblər. Lakin onlara bildirilib ki, Araik Xankəndidə deyil.

Bundan narazı qalan aksiyaçılar Arutyunyanın gəlməsi üçün 30 dəqiqə vaxt veriblər, əks halda, separatçıların toplandığı binanı ələ keçirəcəklərini iddia ediblər.

Yarım saat deyil, bir saat da keçib və təbii ki, Araik gəlməyib. Buna baxmayaraq, etirazçılar nə bina basıblar, nə də mitinqi davam etdiriblər. Onlara Araik Arutyunyanın televiziya ilə çıxış edəcəyi və məsələlərə aydınlıq gətirəcəyi bildirilib, etirazçılar da başlarını aşağı salaraq, dağılıblar.

Qeyd edək ki, aksiyanın səbəbi Ermənistan Baş naziri Nikol Paşinyanın regionda reallığın dəyişdiyi və Xankəndi ilə bağlı İrəvanın heç bir addım atmayacağını deməsindən sonra başlayıb. Bəzi politoloqlar isə bu aksiyanı elə İrəvanın təşkil etdiyini, bununla sülh prosesinə təsir etmək istədiyini bildirirlər.

Teqlər: