Ukraynadakı rus ordusunun yeni komandanı kimdir?

Ukraynadakı rus ordusunun yeni komandanı kimdir?

Xəbər verdiyimiz kimi, Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı rus ordusuna Sergey Surovikini komandan təyin edib.

AzerTimes xəbər verir ki, ordu generalı Sergey Surovikin 2017-ci ildən Rusiya Hərbi-Kosmik Qüvvələrinə rəhbərlik edib. Ukraynada başlayan “xüsusi hərbi əməliyyat”da isə “Cənub” qruplaşmasının komandanı olub. Bu qruplaşma Luqansk vilayətindəki Severedonetski iyunda ələ keçirib.

Surovikinin hazırda 55 yaşı var, xüsusi təyinatlı hərbi birlikdə xidmət edib, o cümlədən Əfqanıstanda olub. 1991-ci ilin avqust çevrilişi zamanı 24 yaşlı kapitan Surovikin Tamansk motoatıcı diviziyasının batalyon komandiri olub. Bu batalyon Yeni Arbatla Sadovoy halqasının kəsişməsindəki barrikadanı dağıtmağa çalışıb. Toqquşmalar zamanı etirazçılardan 3 nəfər – Dmitri Komar, İlya Kriçevski və Vladimir Uslov ölüb. Surovikin bir neçə ay həbsdə olub, ancaq vətəndaşların ölümü ilə bağlı ittiham onun üzərindən götürülüb. Moskva prokurorluğu bu qənaətə gəlib ki, Surovikin komandanlığın əmrini yerinə yetirib.

Surovikin Tacikistandakı hərbi konfliktdə və İkinci Çeçenistan müharibəsində iştirak edib.

Çeçenistan rəhbəri Ramzan Kadırov Surovikini şəxsən tanıdığını və onunla 15 ildir münasibəti olduğunu bildirib. Kadırov deyib ki, birləşmiş hərbi qruplar indi etibarlı əllərdədir. O, Surovikinin cəbhədə situasiyanı yaxşı istiqamətdə dəyişəcəyinə inandığını da deyib.

Teqlər: