Xamenei İranın ən böyük rüşvətxorunu əfv etdi

Xamenei İranın ən böyük rüşvətxorunu əfv etdi

İranın ən böyük korrupsionerlərindən biri olan Əmmar Salehi azad edilib.

AzerTimes xəbər verir ki, ağır ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilən Əmmar Salehi İranın dini lideri Əli Xameneinin əfv fərmanı ilə azadlığa çıxıb.

Qeyd edək ki, 2019-cu ildə həbs edilən İran ordusunun keçmiş komandanı general-mayor Ətaullah Salehinin oğlu Əmmar Salehinin məhkumluq dövrünün çox hissəsini həbsxanadan kənar keçirdiyi bildirilir.

Teqlər: