Türkiyənin irəliləyişini görənlər dərddədir – Akar

Türkiyənin irəliləyişini görənlər dərddədir – Akar

Biz tarixi dəyərləri, coğrafiyası, milləti, əhalisi, təsirli, çəkindirici və hörmətli ordusu ilə böyük və qüdrətli Türkiyəyik. Hər kəs bunun fərqində olmalı və bu şüurla hərəkət etməlidir.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Biz öz tariximizdən ruhlanmağa davam etməliyik. Haqqımızda mənfi fikirdə olanlar isə tarixlərindən və tariximizdən dərs almalıdırlar. Türkiyənin irəliləyişini görənlərin bəziləri dərddədir, bəziləri isə dərs almır. Ölkəmizin çiçəklənməsi, böyük və qüdrətli Türkiyə üçün edilməsi lazım olan hər şeyi etdik və bundan sonra da edəcəyik. Bu kontekstdə hələ də bəzi təhdidlər və risklər var. Biz onlara qarşı böyük inamla, bir yumruq, bir ürəklə fəaliyyətimizi davam etdirmişik və edəcəyik”, – nazir bildirib.

Teqlər: