Xaçmazın kəndlərində və kənd qəbristanlıqlarında təmizlik işləri aparılır (FOTO)

Xaçmaz rayonunun kənd və qəsəbələrində park və xiyabanlar, kənd
daxili yollların kənarları, eləcə də qəbiristanlıqlarda təmizlik
işləri aparılıb.

Bütün rayonu əhatə edən təmizlik aksiyasında sakinlər aktiv
iştirak edib.

Qəbiristanlıqlarında məzarlıqların ətrafında səliqə-sahman
yaradılıb, ərazi otlardan və kol-kosdan təmizlənib.

İməçilik çərçivəsində magistral və kənd daxili yolların
kənarından təmizlik işləri aparılıb, mövcud olan yaşıllıqlara
aqrotexniki qulluq göstərilib.


Müxtəlif kəndlərdə görülən işlərlə yerində tanış olan Xaçmaz
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərlə söhbət
zamanı təmizlik aksiyalarının mütəmadi olaraq davam etdirilməsinin
vacibliyini vurğulayıb.

Xaçmaz rayonunda analoji aksiyalar növbəti həftələrdə də davam
etdiriləcək.

Teqlər: