Qazaxıstanın sabiq müdafiə naziri həbs olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Qazaxıstanın sabiq müdafiə naziri Murat Bektanov həbs
olunub.

Trend-in
məlumatına görə, sabiq nazir bir müddət əvvəl yanvar hadisələri
zamanı fəaliyyətsizlik ittihamı ilə saxlanmışdı.

Nur-Sultan xüsusi məhkəməsi M.Bektanov barədə iki ay müddətinə
həbs-qətimkan tədbiri seçib. Məhkəmə işinin digər detalları
açıqlanmayıb.


Xatırladaq ki, bu il yanvar ayında Qazaxıstanın iri şəhərlərində
etiraz aksiyaları keçirilmişdi. Aksiyalar iğtişaşlara çevrildikdən
sonra ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
sülhməramlı qüvvələri daxil olmuşdu.