Xaçmazda xuliqanlıq edən şəxs həbs edilib

Xaçmazda xuliqanlıq edən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzerTimes-a
verilən məlumata görə Xaçmaz şəhəri ərazisində rayon sakini Sahil
Əzizov aralarında yaranmış mübahisə zamanı həmyerlisinə bıçaqla
xəsarət yetirib. S.Əzizov bununla yanaşı ictimai qaydanı kobud
şəkildə pozub və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ucadan
nalayiq söyüşlər ifadə edib.

Hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən Sahil
Əzizov Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri
seçilib.

Teqlər: