Bu il buraxılış imtahanlarında 50-150 bal toplayanların sayı daha çoxdur – Məleykə Abbaszadə

Bu il buraxılış imtahanlarında 50-150 bal toplayanların sayı
ötən illə müqayisədə daha çoxdur.


Trend
-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM)
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, qapalı testlərdə səhv düzü aparmır deyə,
uşaqlar bu testləri təsadüfü yazırlar.

“50 baldan aşağı olan nəticələr orta ixtisas məktəblərinə sənəd
verməyə imkan vermir. Birinci mərhələdə 50 baldan aşağı bal
toplayanlar II mərhələdə iştirak edə bilər, amma ikinci mərhələdə
səhv cavablar düz cavabı aparır. Hər il buraxılış imtahanlarının
nəticələrini müqayisə edəndə müəyyən ekspertlər cəmiyyətdə
imtahanların çətin olması səbəbindən uşaqların bal toplaya
bilməməsi görüntüsünü yaratmağa çalışırlar”, – deyə o bildirib.

Teqlər: