Xaçmazda “Şuşa İli” ilə əlaqədər konsert proqramı təşkil olunub (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyəti və Xaçmaz Regional Mədəniyyət
İdarəsinin təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş silsilə
tədbirlər çərçivəsində Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbinin
kollektivi “Şuşa-2022” adlı konsert proqramı ilə çıxış edib.

Xaçmaz Heydər Əliyev mərkəzində keçirilən tədbirdə Rayon İcra
Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə müəssisə və
təşkilatların rəhbərləri, mədəniyyət işçiləri, rayon sakinləri
iştirak edib.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərinin tarixi
simasının bərpası istiqamətində həyata keçirilən layihələrdən
danışıblar.

Qeyd edilib ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan
tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri
zəngin inkişaf yolu keçib, Azərbaycanın, bütün Cənubi Qafqazın
mədəni, ictimai-siyasi həyatında müstəsna rolu var.

Konsertdə Uşaq İncəsənət Məktəbinin yaradıcı kollektivi
instrumental ansamblının müşayiəti ilə “Əziz Şuşa sən azadsan”,
“Şuşam” və “Qarabağ” mahnılarını ifa edib, “Yallı” və “İncə bellim”
kimi rəqslər nümayiş etdiriblər.

Geniş və rənga-rəng konsert proqramı rayon sakinlərində xoş
ovqat yaradıb.

Teqlər: