Hərbi İdarəetmə İnstitutunda növbəti buraxılış mərasimi keçirilib (FOTO)

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tərkibində
fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda intensiv ingilis
dili kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi
keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, buraxılış mərasimində çıxış edən
general-leytenant Heydər Piriyev, ABŞ-ın ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Li Litzenberqer və digər qonaqlar kursu
müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edərək onlara
xidmətlərində uğurlar arzulayıb, ingilis dilinin öyrədilməsində
əməyi olan müəllimlərə təşəkkürlərini bildiriblər.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub,
xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına
uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər
çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi
məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası,
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi
təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan
Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat
İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi
İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər
Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və
Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət
göstərirlər.

Aparılan struktur islahatları çərçivəsində ordumuzda elm və
hərbi təhsil sahəsi daha da uğurlu inkişaf edir.

Teqlər: