Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edilib (FOTO)

Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq
edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a verilən məlumata görə, hadisə zamanı zərərçəkənin
baş nahiyəsinə xəsarət yetirən naməlum şəxs quldurluq yolu ilə pul,
eləcə də başqa qiymətli əşya tapa bilməyib zərərçəkənin pencəyini
götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı məlumat daxil olan kimi Xaçmaz Rayon Polis
Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib,
zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz
əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti
törətməkdə şübhəli bilinənin şəxsiyyəti qısa zamanda
müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxs – əvvəllər məhkum
olunmuş Quba rayon sakini Asəf Ocaqov saxlanılaraq istintaqa təqdim
edilib.

A.Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: