Xaçmazda qohumunu güllələyən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

8 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd
sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudovun odlu silahdan açılan
atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon
prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış
cinayət işi üzrə istintaq tamamlanıb.

Xaçmaz rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış istintaqla zərərçəkmişin uzaq qohumu 1982-ci il
təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında
yaranmış mübahisə zamanı yivsiz ov tüfəngindən atəş açaraq Cavid
Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən
edilib.

Nail Mahmudov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə
cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: