Azərbaycanın öz torpaqlarını azad etməsi bütün tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün münbit şərait yaradıb – Məhərrəm Əliyev

Ermənistanın Azərbaycan ərazilərini 30 il müddətində işğalda
saxlaması regionun təhlükəsizliyinə və əməkdaşlığa mane olurdu.

AzerTimes-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident
Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Azərbaycanın
Tacikistanda keçmiş fövqəladə və səlahiyyətli səfiri Məhərrəm
Əliyev Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi təkcə regional
əməkdaşlıq üçün deyil, bütün tərəfdaşlarla əməkdaşlığın inkişafı
üçün münbit şərait yaradıb.

Teqlər: