Xaçmazda minik avtomobili ağaca çırpılıb

Xaçmaz rayonunun Xudat şəhərində “Opel” markalı minik
avtomobilinin ağaca çırpılması və xilasedici köməyinə ehtiyac
yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, hadisə yerinə
cəlb olunan FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri
müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü
deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti
üzrə təhvil veriblər.

Teqlər: