İsrailə daxil olarkən “PCR” testindən keçmək tələbi ləğv edilib

Mayın 21-i saat 00:00-dan etibarən bütün sərnişinlər üçün
İsrailə daxil olarkən koronavirus ilə bağlı məcburi “PCR” testi
ləğv edilib.

AzerTimes-ın
məlumatına görə, bu barədə İsrail Səhiyyə Nazirliyi bildirib.

“21 may 2022-ci il tarixindən İsrail Dövlətinə (Ben Qurion hava
limanı, quru və dəniz sərhəd keçidləri) daxil olarkən “PCR”
testindən keçmək tələbi həm israillilər, həm də əcnəbilər üçün ləğv
edilir. Bundan əlavə, əcnəbilərin indiyədək İsrailə uçuşa minməzdən
əvvəl və ya [İsrail] sərhədini quru və ya dəniz yolu ilə keçərkən “PCR” və ya antigen testindən keçməsi tələbi ləğv edilir”, – deyə
nazirliyin mətbuat xidməti bildirib.

Nazirlik həmçinin deyib ki, “İsraildən gələn və gedən reyslərdə
maska ​​taxmaq məcburiyyəti mayın 23-də İsrail vaxtı ilə bazar
günündən bazar ertəsinə keçən gecə yarısı qaldırılacaq”.