Xaçmazda meşədə güclü yanğın başladı – Foto

Xaçmazda meşədə güclü yanğın başladı – Foto

Xaçmaz rayonunda meşə massivində güclü yanğın başlayıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun Müşkür kəndindən keçən hissəsində, yolun hər iki tərəfinin kənarında yerləşən ərazidə qeydə alınıb.

Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Xaçmaz Rayon Polis Şöbəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Teqlər: